Paris üzərində uçan pilotsuzlar Fransanı hərəkətə gətirdi
Bizi izləyin

Dünya

Paris üzərində uçan pilotsuzlar Fransanı hərəkətə gətirdi

Paris üzərində peyda olan 6-dək pilotsuz təyyarə Fransanı təşvişə salıb.

Publika.az-ın məlumatına görə, Bazar ertəsi gecəyarısından səhər saat 6-dək Parisin mühüm obyektləri - Eyfel qülləsi, Konkord meydanı, ABŞ səfirliyi, hərbi muzey və Bastiliya – üzərində ən azı beş pilotsuz uçan aparatlar müşahidə olunub.

Hələlik pilotsuz təyyarələri kimlərin idarə etdiyi məlum deyil. Lakin Fransa polisi bu hadisəyə ciddi yanaşdığını bəyan edib.

Bu gün dronları asanlıqla mağazadan almaq mümkündür. Lakin buna baxmayaraq, pilotsuz təyyarələrin Yelisey sarayı və Fransa prezidenti Fransua Ollandın, eləcə də bir sıra atom elektrik stansiyaları üzərindən uçuşları polisi əndişəyə salıb.

“Biz dronları idarə edənləri tapmaq üçün əlimizdən gələni edirik, lakin onlar hələ aşkar edilməyib”, - France-Presse agentliyinə polisdəki mənbəyi deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm