“Putin dəhşətli dərəcədə qorxur...”
Bizi izləyin

Dünya

“Putin dəhşətli dərəcədə qorxur...”

“Rusiya prezidenti Vladimir Putinin “Rossiya-1“ telekanalına Ukrayna mövzusu ilə bağlı müsahibəsi göstərir ki, Rusiya lideri Qərblə yeni oyun oynamaq niyyətindədir”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dramaturqu və publisisti Vladimir Qolışev bildirb.

Onun sözlərinə görə, Putinin çıxışı Rusiya vətəndaşlarına deyil, hər şeydən əvvəl Qərbə ünvanlanmışdı: “Putin heç vaxt Rusiya vətəndaşlarına müraciət etmir, çünki Rusiya vətəndaşlarının fikri onu maraqlandırmır. Putin niyyəti sanksiyaların daha sərtləşməsindən qaçmaqdır. Bundan başqa, Putin Ukraynanın ABŞ-dan müasir silahlar ala biləcəyindən dəhşətli dərəcədə qorxur”, - Qolışev deyib.

Rusiyalı publisist hesab edir ki, Putin “Biz vuruşmuruq” oyununu oynamaq istəyir: “Avropa və ABŞ bu oyunu nə vaxta kimi dəstəkləməyə meyllidir. Putin ən azından bunu hesablayır. O, ümid edir ki, hamı bu oyunu oynamaq istəyəcək. Qərb isə gözləyir ki, Putin Ukraynanın ərazisindən qoşunları çıxarsın və döyüş əməliyyatlarını dayandırsın. Hər şey çox sadədir: Minsk protokoluna tamamilə riayət edilməlidir. Qərb ölkələri Putindən üzərinə götürdüyü öhdəliklərin dəqiq icrasını tələb edir”.

Qeyd edək ki, Rusiya prezidenti dünən “Rossiya-1” telekanalına müsahibəsində Ukraynanın şərqisindəki vəziyyəti və Rusiya-Ukrayna münasibətlərini dəyərləndirib. Putin Ukrayna prezidenti Pyotr Poroşenkonun bəyanatlarına məna vermədiyini bildirib: “Məsələn, Ukrayna prezidenti və digər ukraynalı səlahiyyətlilər bir il əvvəl baş verən faciəvi Maydan hadisələrində Rusiya rəhbərliyinin iştirak etdiyini bildirirlər. Bu, tamamilə axmaq və gerçəklərdən uzaq fikirlərdir”.

Krımın qaytarılacağı ilə bağlı Poroşenkonun dünən verdiyi bəyanata gəlincə, Putin bunun qeyri-mümkün olduğunu qeyd edib.

“Rossiya-1” telekanalının jurnalisti Putinə “Rusiya və Ukrayna arasında müharibə olarmı” sualı verib. Rusiya prezidenti isə cavabında “Mən bu qiyamət ssenarisinin mümkün olduğunu düşünmürəm. Proseslərin bu nöqtəyə gəlməyəcəyinə ümid edirəm” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm