İtaliyanın yeni baş nazirnin adı bəlli oldu
Bizi izləyin

Dünya

İtaliyanın yeni baş nazirnin adı bəlli oldu

İtaliya prezidenti Giorgio Napolitano Florensiya şəhərinin meri Matteo Renziyə yeni tərkibli hökümət formalaşdırmağı tapşırıb.Ötən cümə günü preziednt baş nazir Enriko Lettanın istefasını qəbul edib.

Publika.Az BBC-yə istinadən xəbər verir ki, ötən ilin dekabr ayında M. Renzi İtaliya Demokrat Partiyasının yeni sədri seçilib.Ötən həftə isə, cümə axşamı günü M. Renzinin təşəbbüsü ilə Demokrat Partiyası Letta hökümətinə etimadsızlıq bildirib.

Nəticədə Letta höküməti istefaya getmək məcburiyyətində qalıb.39-yaşlı Renzi dəfələrlə İtaliya iqtisadiyyatında islahatların keçirilməsinə ehtiyacının olduğunu bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm