Krım martın 1-nə kimi 100 faiz “rus” olacaq
Bizi izləyin

Dünya

Krım martın 1-nə kimi 100 faiz “rus” olacaq

Krımın ərazisindəki Ukrayna müəssisələrinin milliləşdirilməsi prosesi 1 mart 2015-ci ilə qədər başa çatacaq.

Publika.az–ın xarici mediaya istinadən xəbər verir ki, bu barədə Krımın qondarma hökumətinin başçısı Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, milliləşdirilmə haqqında son qərarlar 27 fevralda Krım parlamentin iclasında qəbul edilə bilər.

Qeyd edək ki, Ukraynanın yarımada ərazisindəki müəssisələrinin milliləşdirilməsinə ötən ilin mart ayında başlanılıb. İlk olaraq Kerç bərə keçidi, Kerç dəniz ticarət limanı, Kerç dəniz balıq limanı, Feodosiya dəniz ticarət limanı, Yalta dəniz ticarət limanı, Sevastopol dəniz ticarət limanı, Sevastopol dəniz balıq limanı və Yevpatoriyski dəniz ticarət limanı, “Ukrayna dəniz portlarının administrasiyası” dövlət müəssisəsinin əmlakı milliləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm