Dünya 2015-2025: Parçalanacaq Avropa, itiriləcək Şimali Qafqaz və Uzaq Şərq, yuvasına çəkiləcək ABŞ
Bizi izləyin

Dünya

Dünya 2015-2025: Parçalanacaq Avropa, itiriləcək Şimali Qafqaz və Uzaq Şərq, yuvasına çəkiləcək ABŞ

ABŞ-ın “Stratfor” kəşfiyyat-analitik mərkəzinin analitikləri 2015-2025-ci illərin geosiyasi proqnozunu dərc edib.

Publika.az xəbər verir ki, mərkəzinin analitikləri Avropa Birliyinin parçalanacağını və Polşanın rolunun güclənəcəyini bildirir.

“Stratfor” onillik proqnozlarını 1996-cı ildən dərc edir. Əvvəlki proqnoz 2010-cu ildə açıqlanıb. Kəşfiyyat-analitik mərkəzi Avropa Birliyində millətçi əhval-ruhiyyələrinin güclənəcəyini, Çin iqtisadiyyatının inkişafında gözəçarpan ləngiməni və Rusiyanın xammal ixracından daha mürəkkəb məhsulların ixracına keçmək cəhdinin artacağından xəbər verirdi. Yeni proqnozlar Avropanın parçalanması və ABŞ-ın dünya işlərinə cəlb olunma dərəcəsinin azalması ilə bağlıdır.

Rusiya

“Stratfor” analitiklərinin fikrincə, Rusiya Federasiyası çətin ki, güc strukturlarının əlavə ölçüləri olmadan özünün indiki formasında mövcud ola biləcək. “Enerji resurslarının qiymətlərində olan dəyişkənlik ona gətirib çıxaracaq ki, Moskva regional infrastrukturu dəstəkləyə bilməyəcək. Bu halda regionlar özlərini təmin etməyə çalışacaq, formal və qeyri-formal muxtar vahidlərin formalaşması başlayacaq, mərkəzlə iqtisadi əlaqələr zəifləyəcək”, - “Stratfor” hesab edir.

Proqnozun müəllifləri iddia edirlər ki, eyni vaxtda Polşa, Rumıniya və Macarıstan Ukrayna və Belarusu müttəfiqliyə cəlb etməyə çalışacaqlar. Eyni zamanda Kareliya Finlandiya ilə yaxınlaşmağa çalışacaq, Rusiyanın Uzaq Şərq regionları Moskvadan daha çox Yaponiya, ABŞ və Çinlə yaxınlaşacaq, regionlar müstəqilliyin bu və ya digər variantlarını axtaracaqlar. Hesab edilir ki, Kremlin Şimali Qafqaz üzərində nəzarəti “buxarlana” bilər. Hər halda analitiklər hesab edirlər ki, Moskvaya qarşı birbaşa “üsyan” olmayacaq.

Avropa

Avropa Birliyi özünün əsas problemini həll edə bilməyəcək. Bu, hazırda kritik məqamını yaşayan azad ticarət zonası ilə bağlıdır. Vahid siyasət isə bütün Avropa üçün əlverişli deyil. Çünki bu siyasət bəzi ölkələrə sərfəli olduğu halda, başqalarına ziyan vura bilər. Almaniyada iqtisadi enmə başlanacaq, bu isə sosial və siyasi böhrana gətirib çıxaracaq. Avropa Birliyində Berlinin təsiri zəifləyəcək.

Eyni zamanda Polşanın siyasi və iqtisadi təsiri güclənəcək. Analitiklərin fikrincə, bu ölkə Mərkəzi Avropa düzənliyində üstün strateji güc və anti-Rusiya koalisiyasının lideri olacaq. “Stratfor” Rusiya üçün tənəzzül proqnozlarını verməsinə baxmayaraq, mərkəzin analitikləri hesab edir ki, Moskva ekspansiya siyasətini tətbiq etməyə və hətta ona müvəffəqiyyət qazandırmağa çalışa bilər.

ABŞ

Vaşinqton NATO-dan kənar ittifaqları yaratmağa çalışacaq. Proqnozun müəlliflərinin fikrincə, ABŞ lazım olacağı halda Avropa və Yaxın Şərqin problemlərinə cəlb olunması dərəcəsini minimuma endirəcək.

Bundan başqa, “Stratfor” xəbərdarlıq edir ki, Amerika 15 il sonra ciddi daxili böhranla rastlaşacaq Mərkəzin analitikləri hesab edirlər ki, bu orta sinifin böhranı olacaq. Analitiklərin hesablamaları ona əsaslanıb ki, ABŞ-da əlli illik dövrlər mövcuddur. Bu dövlər əhəmiyyətli iqtisadi və ya sosial problemlərlə yekunlaşır. Bu dövrlərdən sonuncusu sona yaxınlaşır.

Yaxın Şərq

Yaxın Şərqdə ölkələr hökumətlər tərəfindən deyil, ayrı-ayrı qruplaşmalar tərəfindən idarə olunur. Bu tendensiya davam edəcək və region ölkələrinin əksəriyyəti ABŞ-ın müdaxiləsini gözləsələr də Vaşinqton prosesi saxlaya bilməyəcək. “Stratfor”da hesab edirlər ki, Suriya və İraqda vəziyyətin sabitləşməsində maraqlı yeganə ölkə Türkiyə olacaq. Türkiyə öz sərhədlərinin təhlükəsizliyini saxlamaq üçün cənub qonşularının işlərinə qarışmalı olacaq. Amma buna Türkiyənin özünün gücü kifayət etməyəcək və Ankara Vaşinqtondan dəstək göstərilməsini xahiş edəcək. Ankara bunun üçün isə Qara dəniz regionunda Rusiyanın dayandırılması məsələsində ABŞ-la birləşməli olacaq. Bundan başqa, Türkiyənin təsiri Qərbə, xüsusən Balkanlara yayılacaq. Növbəti on ildə Türkiyə öz regionunda əhəmiyyətli gücə çevriləcək.

Şərqi Asiya

Şəriq Asiyada Çin və Yaponiyanın hərbi dəniz qüvvələri mübahisəli adalar üçün deyil, Rusiyanın dəniz kənarındakı əraziləri üçün mübarizə aparacaqlar. Bu ərazilər güman ki, Moskvadan muxtariyyət alacaqlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm