• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Poroşenko biznesini niyə satmır? – ŞOK İDDİA

  • Dünya
  • 25 Fevral 2015 12:20
  • 580 Baxış
Poroşenko biznesini niyə satmır? – ŞOK İDDİA

“Növbəti hərbi uğursuzluqlar Ukrayna prezidenti Pyotr Poroşenkonu “siyasi cəsəd”ə çevirəcək”.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur “El Mundo” qəzeti yazıb.

Yazı müəllifinin fikrincə, hazırkı Ukrayna tarixin ən anti-Rusiya Ukraynasıdır: “Kiyevin nail olduğu yeganə şey ondan ibarətdir ki, ölkədə bütün bədbəxtliklərin arxasında Rusiyanın dayanması ilə bağlı həmrəylik var. Ancaq bu sehrli reseptlər artıq öz parıltısını itirir. Əgər yeni hərbi uğursuzluqlar olarsa, Poroşenko “siyasi cəsəd”ə çevrilə bilər”.

Nəşr hesab edir ki, Ukrayna prezidentinin biznesini satmamasının səbəbi də mümkün uğursuzluqdur: “Poroşenko əmindir ki, öz postunda uzun müddət qala bilməyəcək. Poroşenko indiyə qədər özünün “Roshen” “şokolad imperiyası”nı satmaqla bağlı vədini yerinə yetirməyib. O qeyd edir ki, satış prosesi çətin keçir. Ancaq Ukrayna KİV-i qeyd edir ki, “Roshen” gəlirlərini keçən illə müqayisədə doqquz dəfə artırıb”.

Qeyd edək ki, 2014-cü ilin mayında Ukrayna prezidenti seçilən Poroşenko biznes-strukturlarını satmağa qərar verib. O, hələ seçki kampaniyasında seçicilərinə bu barədə vəd vermişdi. Avqustun 22-də elan edildi ki, Ukrayna prezidentinin biznesinin satışı ilə “Rotshild” şirkəti məşğul olacaq. Lakin satış prosesi qeyri-müəyyən səbəblərlə uzadılır.

Ukraynada böyük müəssisələrə malik olan “Roshen” şirniyyat korporasiyası Poroşenkonun ən böyük aktivi hesab edilir. Bundan başqa “5 Kanal” televiziya kanalı, Kiyev gəmiqayırma zavodu Poroşenkoya məxsusdur. O, Kiyevdə “5 element" idman klubunda 55 faiz, Beynəlxalq investisiya bankında 50,08, “Kraina” sığorta şirkətində 49,99 faiz paya sahibdir. Poroşenko bir müddət əvvəl isə “5 Kanal” televiziya kanalının satılmayacağını bəyan edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR