İŞİD virtual valyuta ilə maliyyələşməyə keçdi
Bizi izləyin

Dünya

İŞİD virtual valyuta ilə maliyyələşməyə keçdi

“İslam dövləti” (İŞİD) terror təşkilatı virtual valyuta ilə maliyyələşmə əməliyyatları (bitcoin əməliyyatı) həyata keçirməyə başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatı bununla gəlir mənbələrinin gizlətmək niyyətindədir.

Məlumata görə, İŞİD əsas gəlirlərini neftin satışından əldə edir. Virtual valyuta ilə həyata keçirilən maliyyə əməliyyatlarını isə təqib etmək praktik olaraq mümkün deyil.

Xatırladaq ki, ABŞ ötən ilin sonunda İŞİD-lə 4 mərhələli mübarizə planını açıqlayıb. Bura hava hücumları, liberal müxalifətin dəstəklənməsi, İŞİD-ın maliyyə və kəşfiyyat qaynaqlarının kəsilməsi və İŞİD-lə döyüşən yerli qüvvələrə humanitar yardımların göstərilməsi daxildir. ABŞ prezidenti bu yaxınlarda çıxışların birində terror təşkilatının maliyyələşməsinin qarşısının böyük ölçüdə alındığını deyib.

Bildirilir ki, İŞİD neftdən başqa, girovların azadlığa buraxılması, cəsədlərin satılması, nəzarət etdiyi ərazilərdən xəracın yığılması və orqan satışından pul qazanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm