Qafqazın işğal sənədi imza üçün Putinə göndərildi
Bizi izləyin

Dünya

Qafqazın işğal sənədi imza üçün Putinə göndərildi

Rusiya hökuməti “Rusiya və Cənubi Osetiya arasında əməkdaşlıq və inteqrasiya” haqqında müqaviləni təsdiqləməsi üçün prezident Vladimir Putinə təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Nazirlər Kabinetinin rəsmi saytı yayıb.

Məlumatda müqavilənin iqtisadi, sosial, humanitar, xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərini əhatə etdiyi bildirilib. Kreml bununla belə imzalanacaq sənəddən sonra da Cənubi Osetiyanın suverenliyinin qorunub saxlanılmasına söz verib. Moskva müqaviləyə əsasən, həm də Cənubi Osetiyanın sərhədlərinin müdafiəsini öz üzərinə götürüb. Bundan əlavə, sənəd imzalandıqdan dərhal sonra separat zona əhalisinin maaş və təqaüdünün Şimali Qafqazla eyni səviyyə qaldırılması müəyyənləşib. Müqavilə müddətinin 25 il olması nəzərdə tutulub.

Qeyd edək ki, Moskva bundan öncə Abxaziya ilə də eyni sənədə imza atmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm