• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Deputat 30 minlik saatla iclasa gəldi, qaçmağa məcbur oldu - VİDEO

  • Dünya
  • 25 Fevral 2015 13:32
  • 2 235 Baxış
Deputat 30 minlik saatla iclasa gəldi, qaçmağa məcbur oldu - VİDEO

Ukraynanın baş naziri Arseniy Yasenyukun Ali Radanın fraksiya rəhbərləri ilə görüşündə qalmaqal baş verib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, büdcə məsələlərinin müzakirə edildiyi görüşdə qalmaqala səbəb tatar oliqarx Rinat Axmetovun partnyoru, “Müxalifət” blokunun nümayəndəsi Aleksandr Vilkulun özünün cah-cəlalını göstərməsi olub.

Aleksandr Vilkul büdcənin kəsirindən danışarkən Ukrayna Radikal Partiyasının sədri, deputat Oleq Lyaşko ona 30 min dollarlıq qızıl saatla büdcəni qismən doldurmağı təklif edib. Lyaşko Vilkulun yanına gələrək onun saatını iclasdakılara göstərmək istəyib. Vilkul qızıl saatını əvvəlcə cibində gizlədib, daha sonra isə ümumiyyətlə görüşdən qaçıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR