• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ərzaq məhsullarının satışına məhdudiyyətlər tətbiq edildi

  • Dünya
  • 25 Fevral 2015 15:29
  • 884 Baxış
Ərzaq məhsullarının satışına məhdudiyyətlər tətbiq edildi

Kiyevin supermarketlərində ərzaq məhsullarının satışına məhdudiyyətlər tətbiq edilib.

Publika.az bu barədə “unian.net” saytına istinadən bildirir.

Məhdudiyyətlər əsasən gündəlik tələbat məhsulları ilə bağlı tətbiq olunub. Yeni qaydalara görə, bir nəfərə iki litr günəbaxan yağı, iki paket qarabaşaq və mağazalardan asılı olaraq 3 kiloqramdan 5 kiloqrama qədər un və şəkər tozu satılır.

Məlumata görə, çörək, kartof, ət və süd məhsulları qeyri-məhdud miqdarda satılır. Amma piştaxtalarda bu mallar azalıb.

Eyni zamanda RİA xəbər agentliyi yazır ki, Ukraynanın əhalisi qiymətini itirən qrivnadan azad olmağa çalışır və məişət texnikasını alır. Hazırda valyuta mübadiləsi məntəqələrində bir dollar 40, bir avro isə təxminən 50 qrivna ilə dəyişdirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR