Rus tankları kanalizasiya borularına çevriləcək – Ukraynadan gözdağı
Bizi izləyin

Dünya

Rus tankları kanalizasiya borularına çevriləcək – Ukraynadan gözdağı

Ukrayna Donbas hövzəsində separatçılardan qənimət olaraq əldə etdiyi hərbi texnikadan Ukraynanın hərbi texnikasının bərpası və başqa ehtiyacları üçün istifadə edəcək.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında dərc edilmiş xəbərdə deyilir.

“Qənimət kimi ələ keçirilən hərbi texnikanın bütün lazımlı hissələri çıxarılacaq, korpusları isə yenidən metal qırıntısı kimi əridilməsi üçün göndərəcək. Bu metal qırıntıları, yəqin ki, müəyyən zaman sonra uşaq parklarında yeni yelləncəklər, yaxud da bizim şəhərlərimizdə kanalizasiya boruları üçün istifadə olunacaq”, - nazirlikdən bildiriblər.

Qeyd edək ki, rəsmi Kiyev separatçıların əllərindəki bütün hərbi texnikanın Rusiya tərəfindən çatdırıldığını bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm