NATO-dan Rusiyaya güc nümayişi: sərhəddə hərbi parad - FOTOLAR
Bizi izləyin

Dünya

NATO-dan Rusiyaya güc nümayişi: sərhəddə hərbi parad - FOTOLAR

NATO hərbi alyansın üzvləri olan Böyük Britaniya, İspaniya, Niderland, Latviya, Litva, Estoniya və ABŞ-ın hərbçiləri Rusiyanın sərhədinin 300 metrliyində hərbi parad keçirdilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın hərbi texnikası Rusiya Federasiyası ilə sərhəd olan Estoniyanın Narva şəhərinin küçələri ilə hərəkət edib.

Parad Estoniyanın müstəqillik günündə reallaşıb. Böyük Britaniyanın “The Telegraph” qəzetinin yazdığına görə, parad Moskva tərəfindən gözlənilən təhlükələrə qarşı birliyin nümayişidir.

Paradın keçirildiyi yerin seçimi isə simvolik hesab edilir. Narva şəhəri Rusiya ilə sərhəddə yerləşir. Rusiyanın Baltika respublikalarına hücum edəcəyi halda şəhər potensial hədəf hesab olunur. Şəhər sakinlərinin əksəriyyəti etnik ruslardır.

Qeyd edək ki, fevralın 19-da Latviya, Litva və Estoniyanın müdafiə nazirləri üç respublikanın vahid məsləhətçi hərbi mərkəzinin – Baltika Birləşmiş Qərargahının yaradılması barədə müqavilə imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm