ABŞ-da “yəhudilərə nifrət” kampaniyası aparılır
Bizi izləyin

Dünya

ABŞ-da “yəhudilərə nifrət” kampaniyası aparılır

ABŞ-da Kolumbiya və Kornell universitet şəhərciklərinin (intellektual elita üçün imtiyazlı təhsil müəssisələri) 10 kolleci 2014-cü ildə “antisemitizmin ən yüksək təzahürləri”nin olduğu təhsil müəssisələrinin siyahısına düşüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yəhudi Teleqraf Agentliyi David Horovits Azadlıq Mərkəzinin hesabatına əsasən bildirib.

Mərkəz vəziyyətin ən həyacanlı səviyyədə olduğu 10 təhsil müəssisəsinin siyahını dərc edib. Universitet şəhərciklərində keçirilən “yəhudilərə nifrət" adlı kampaniya yəhudilərin universitet şəhərciklərində onlara verilən imtiyazlardan məhrum edilməsini hədəfləyir.

“Bu kampaniyanı dəstəkləyən tələbə qrupları özlərini HƏMAS və “Hizbullah” kimi məşhur terror təşkilatları ilə assosiasiya edirlər”, - Azadlıq Mərkəzinin bəyanatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm