ABŞ rusiyalı hakerin başına 3 milyon dollar qoydu
Bizi izləyin

Dünya

ABŞ rusiyalı hakerin başına 3 milyon dollar qoydu

ABŞ-da hakimiyyət dairələrinə yaxın şirkətlərin və sıravi amerikalıların parollarını ələ keçirərək onlara 100 milyon dollardan çox ziyan vuran Rusiya vətəndaşı Yevgeni Boqaçevin rəhbərlik etdiyi kibercinayətkarlar dəstəsinin həbsinə əsas verən məlumatları təqdim edən şəxsə 3 milyon dollar mükafat vəd edilib.

Publika.az-ın məlumatına görə, bu baərədə ABŞ Federal Təhqiqat Bürosu (FTB) bəyanat yayıb. FTB-nin məlumatına əsasən, hazırda xakerlərin başçısının Rusiya ərazisində gizləndiyi ehtimal olunur.


FTB-nin əməkdaşları bundan əvvəl kompyuterləri viruslarla yoluxdurmaq yolu ilə ABŞ biznesinə və vətəndaşlarına milyonlarla dollar ziyan vuran “Gameover Zeus” adlı geniş şəbəkəni aşkara çıxararaq zərərsizləşdiriblər.

Federal Təhqiqat Bürosu uzun illər ərzində apardığı araşdırma nəticəsində öz aralarında möhkəm rabitə əlaqəsi yaratmağa nail olmuş kibercinayətkarlar qrupunun əsasən Rusiya və Ukrayna ərazilərində lövbər saldığını müəyyən edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm