Putindən xəbərdarlıq: “Ukraynanın üç-dörd günü qaldı”
Bizi izləyin

Dünya

Putindən xəbərdarlıq: “Ukraynanın üç-dörd günü qaldı”

“Rusiya əvvəlcədən ödəniş olmasa təbii qazı Ukraynaya çatdırmayacaq. Bunun üçün isə üç-dörd günə qalıb”.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Cənubi Kipr səfəri zamanı bu ölkənin prezidenti ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

Rusiya prezidentinin sözlərinə görə, hazırkı vəziyyət Avropaya qaz çatdırılmasına təhlükə yaradır.

“Qazprom” müqavilə üzrə öhdəliklərinə tamamilə riayət edir. Əvvəlcədən edilən ödənişlərə görə Ukrayna daha üç-dörd gün qaz alacaq. Əvvəlcədən ödəniş edilməsə, “Qazprom” müqaviləyə uyğun olaraq qazın çatdırılmasını dayandıracaq. Əlbəttə, bu bizim partnyorlarımıza qazın çatdırılmasında müəyyən təhlükə yarada bilər”, - Putin deyib.

Ukrayna tərəfi isə iddia edir ki, “Qazprom” təbii qazın çatdırılması üzrə Ukraynanın “Naftoqaz” şirkətinin sifarişini yerinə yetirməyərək Brüsseldə əldə olunan Brüssel razılaşmalarını pozub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm