Avstriya İslam qanununa dəyişiklik edib
Bizi izləyin

Dünya

Avstriya İslam qanununa dəyişiklik edib

Avstriya parlamenti ölkənin İslama dair 1912-ci il tarixli qanunun islah olunmasına dair ziddiyyətli qərar qəbul edib.

Publika.az-ın məlumatına görə, başlıca olaraq İslam radikalizminə qarşı yönəlmiş islahat müsəlmanlara daha böyük təhlükəsizlik təminatı verməklə yanaşı, məsçisdlər və imamların xaricdən maliyyələşdirilməsini qadağan edir.

Avstriyanın inteqrasiya naziri Sebastian Kurz islahatları dəsrtəkləsə də, ölkənin müsəlman liderləri onlara ayrı-seçkili münasibətdən şikayət edirlər.

1912-ci il qanunu İslamı ölkənin rəsmi dinlərindən biri elan etmişdi. Bu qanun Avropanın digər ölkələri üçün model olaraq qəbiul olunurdu.

Üç il əvvəl irəli sürülmüş yeni tədbirlər təklifində dini bayramların və imamların təhsilinin dəstəklənməsi də nəzərədə tutulur. Lakin müsəlman qrupları bildirirlər ki, Xristian və Yəhudi dinlərinin xaricdən maliyyələşməsinə icazə verildiyi halda İslamın bundan məhrum edilməsi ədalətsizlikdir. Onlar bildirirlər ki, yeni tədbirlər İslama olan şübhələrdən qaynaqlanır.

Sebastian Kurz bildirib ki, islahatlar Avstriya üçün məhək daşıdır və bir sıra xarici ölkələri Avstriya müsəlmanları üzərində təsirdən qoruyacaq.

Türkiyə Avstriyada qəbul olunmuş yeni qanun islahatını rəsmən pisləyib. Türkiyə hökumətinin dini işlər idarəsinin rəhbəri Mehmet Görmez bildirib ki, Avstriya bu qanun islahatı ilə yüz il əvvələ qayıtmış olur. Hazırda Avstriyada təxminən yarım milyon müsəlman yaşayır ki, bu da ölkə əhalisinin 6 faizini təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm