ABŞ 24 ildən sonra Somalidə səfirliyinin fəaliyyətini bərpa edir
Bizi izləyin

Dünya

ABŞ 24 ildən sonra Somalidə səfirliyinin fəaliyyətini bərpa edir

ABŞ Somalidəki səfirliyini 24 illik fasilədən sonra yenidən açır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Somalidəki vətəndaş müharibəsinə görə 1991-ci ildə bağladığı ABŞ səfirliyinə Katerine Simondsu təyin edib.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Cen Psaki səfirliyin yenidən açılmasının ABŞ ilə Somali arasındakı əlaqələrin dərinləşməsinin göstəricisi olduğunu söyləyib. Somalinin paytaxtı Moqadişuda səfirlik açılana qədər vəzifəsini qonşu ölkə Keniyadan icra edəcək səfir hazırda ABŞ Xarici İşlər Nazirliyinin Afrika Bürosu Regional və Təhlükəsizlik İşləri direktorluğunun başçısı postunu tutur.

Bir çox Afrika və ərəb ölkəsinin diplomatik nümayəndəliyinin olduğu Moqadişuda son olaraq Çin ötən ilin oktyabr ayında səfirliyini açıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm