• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“ABŞ Rusiyaya layiqli cavab hazırlayıb”

  • Dünya
  • 26 Fevral 2015 07:35
  • 1 108 Baxış
“ABŞ Rusiyaya layiqli cavab hazırlayıb”

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

Onun sözlərinə görə, yeni anti-Rusiya sanksiyaları Ukraynanın şərqində baş verənlər üçün Rusiyaya layiqli cavab olacaq.

Eyni zamanda, Avropa Şurasının başçısı Donald Tusk bildirib ki, Avropa Birliyi Ukraynadakı vəziyyətlə əlaqədar yeni sanksiyaların tətbiqi imkanını müzakirə etməkdə davam edir. “Əlavə sanksiyalar masada qalır. Biz istənilən - pis, yaxud yaxşı hadisələrə hazır olmalıyıq”, - o, Avropa Parlamentinin deputatlarına bildirib.

Tuskun fikrincə, Brüssel Minsk razılaşmalarına riayət ediləcəyinə şübhə edir: “Biz 2014-cü ilin sentyabrında əldə olunan Minsk razılaşmalarına əməl olunmadığını xatırlayırıq. Əgər indi Minsk razılaşmasına riayət edilməsə, o halda biz ləngitməyəcəyik və sonrakı addımları atacağıq”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR