Eks-prezident: “Putin bütün dünyaya ultimatum verdi”
Bizi izləyin

Dünya

Eks-prezident: “Putin bütün dünyaya ultimatum verdi”

“Putin özünü elə aparır ki, elə bil heç bir Minsk razılaşması olmayıb”.

Publika.az-ın “Qolos Ukrainı” qəzetinə istinadən məlumatına görə, bu barədə Ukraynanın keçmiş prezidenti və Donbas üzrə üçtərəfli kontakt qrupunun nümayəndəsi Leonid Kuçma bildirib.

“Bizə faktiki olaraq ultimatum verilib. Ya biz onun şərtlərini qəbul edərək müqaviməti dayandırırıq, ya da müstəqil dövlət kimi mövcudiyyətimizi başa vururuq. O, aydın şəkildə bildirib ki, məqsədinə çatmaq üçün heç bir itki və ya xərc qarşısında dayanmayacaq”, - deyə eks-prezident vurğulayıb.

Kuçma əmindir ki, belə bir ultimatum təkcə Ukraynaya deyil, bütün Qərb dünyasına qaşı sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm