• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Putin Ukrayna ilə bağlı 7 mərhələli “yol xəritəsi” hazırlayıb - GİZLİ PLAN

  • Dünya
  • 26 Fevral 2015 12:29
  • 1 117 Baxış
Putin Ukrayna ilə bağlı 7 mərhələli “yol xəritəsi” hazırlayıb -  GİZLİ PLAN

Rusiyanın “Novaya Qazeta” internet nəşri 2014-cü il 4-12 fevral tarixlərində Kremldə keçirilən gizli görüşlərin detallarını dərc edib.

Publika.az xəbər verir ki, qəzet Rusiya hökumətinin Ukrayna böhranını nəzərdə tutan 7 mərhələli “yol xəritəsi” hazırladığını yazıb.

Rusiya nəşri qeyd edir ki, “yol xəritəsi” Moskvanın Ukraynanın daxili işlərinə birbaşa olaraq qarışdığını göstərən əsas dəlildir. Plan hələ Kiyevdə Maydan hadisələrinin başlanmasının ilk günlərində masa üzərində olub. Plana görə, Rusiya rəhbərliyi Viktor Yanukoviçin uzun müddət vəzifəsində qala bilməyəcəyini nəzərdə tutub. Yanukoviçin Rusiyaya sığınacağı belə plana salınıb.

Planda Krımın Rusiyaya birləşdirilməsi və Ukraynanın şərq regionlarında separatizm hərəkatına başlanılması yer alıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR