Putinin səlahiyyətləri azaldıla bilər – ƏRZAQ BÖHRANI
Bizi izləyin

Dünya

Putinin səlahiyyətləri azaldıla bilər – ƏRZAQ BÖHRANI

Rusiya prezidenti Vladimir Putinə xarici ölkələrə qarşı iqtisadi sanksiyalar tətbiq etməsinə imkan verən səlahiyyətlər alına bilər.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, “Ədalətli Rusiya” Partiyasından olan deputatlar Valeri Zubov, Sergey Petrov, Sergey Doronin, Mixail Serdyuk və Dmitri Qudkov Dövlət Dumasına bununla bağlı qanun layihəsi təqdim edib.

Qanun layihəsi müəlliflərinin fikrincə, məhsulun idxalına sanksiyaların tətbiqi ərzağın qiymətlərin artmasına gətirib çıxarıb və biznesin inkişafı imkanlarını məhdudlaşdırıb. Deputatlar qanun layihəsinin izahedici qeydində nümunə olaraq Murmansk balıq kombinatını göstərirlər. Onlar sanksiyaların tətbiqindən sonra kombinatın fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını bildirib.

Deputatlar vurğulayırlar ki, sanksiyaların tətbiqi haqqında qərar ekspertlər, biznes və Dövlət Dumasının nümayəndələrinin fikirləri nəzərə alınmadan qəbul edilib.

“Göstərilən qanun layihəsinin qəbulu qanuni iqtisadi fəaliyyətlə məşğul olmaq barədə vətəndaşların konstitusiya hüququnu qorumağa və yerli istehsalçıların vəziyyətini pisləşdirəcək ölçülərin qəbulundan qaçmağa imkan verəcək, həmçinin ərzaq bazarında vəziyyəti sabitləşdirəcək”, - sənəddə deyilir.

Dmitri Qudkov bildirib ki, martın 1-də keçiriləcək anti-böhran marşının iştirakçılarının dəstəyinə bel bağlayır. O, marşın tələblərindən birinin də sanksiyaların ləğvi olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm