Kobzon Rusiyanın yalanını ifşa etdi – VİDEO (18+)
Bizi izləyin

Dünya

Kobzon Rusiyanın yalanını ifşa etdi – VİDEO (18+)

Rusiya estradasının məşhur veteranı İosif Kobzon növbəti dəfə Donetskdə görünüb.

Publika.az-ın “censor.net.ua” saytına istinadən verdiyi məlumata görə, rusiyalı müğənni Donetsk xəstəxanasında müharibədə yaralanan əsgərlərə baş çəkib.

İosif Kobzon yanmış bir döyüşçü ilə söhbət edib. Döyüşçü milliyyətcə buryat və tank nişançısı olduğunu, eləcə də Rusiyanın Buryatiya Respublikasında yaşadığını bildirib.

Bu video rəsmi Moskvanın Rusiya nizamı qoşunlarının Ukraynada döyüşmədiyi ilə bağlı yalanlarını bir daha üzə çıxarıb.

Xatırladaq ki, buryatların Donbasda vuruşduğu barədə informasiyalar hələ ötən ilin noyabr ayında çıxıb. Konkret olaraq, buryatlar Rusiya Silahlı Qüvvələri Şərq hərbi dairəsinin 36-cı ümumqoşun ordusunun 5-ci ayrı tank briqadasının tərkibində vuruşub. Hərbi bölmənin daimi dislokasiya yeri Rusiyanın Monqolustanla sərhəddə yerləşən Buryatiya Respublikasının paytaxtı Ulan-Ude şəhəridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm