İran ABŞ-ın ən bahalı təyyarəsini ələ keçirdi – HƏLƏLİK PROQRAMI
Bizi izləyin

Dünya

İran ABŞ-ın ən bahalı təyyarəsini ələ keçirdi – HƏLƏLİK PROQRAMI

ABŞ-da müdafiə sənayesi şirkətində çalışan İran əsilli mühəndis İran üçün casusluq etdiyi ittihamı ilə həbs edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Müzəffər Kazaenin ABŞ-ın F-35 döyüş təyyarəsi haqqında məlumatları İrana ötürdüyü bildirilir.

Müzəffər Kazae ittihamları qəbul edib. ABŞ Federal Prokurorluğu bildirib ki, Kazae F-35 “Lightning II” təyyarəsi haqqında texniki məlumatları İrana verməklə “Silah İxracatı İdarə Qanunu”nu pozub. İran əsilli mühəndisi 20 il həbs cəzası gözləyir. Onunla bağlı yekun məhkəmə qərarı mayın 20-də veriləcək.

Kazaenin gizli məlumatları 2009-cu ildə İrana göndərdiyi deyilir. Mühəndis ötən ayın 9-da İrana qaçmaq istəyərkən Nevark hava limanında Federal Təhqiqat Bürosu tərəfindən saxlanılıb. Səlahiyyətlilər onun son beş il ərzində yeddi dəfə İrana getdiyini bildirir.

F-35 “Lightning II” qırıcılarının F-16-ların yerini tutacağı gözlənilir. Tarixdə ən yüksək maliyyələşmə tələb edən F-35 proqramı təxminən 400 milyard dollara başa gələcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm