• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyədə azərbaycanlıları fahişəliyə məcbur edən dəstə yaxalandı

  • Dünya
  • 26 Fevral 2015 18:23
  • 734 Baxış
Türkiyədə azərbaycanlıları fahişəliyə məcbur edən dəstə yaxalandı

Türkiyənin Dənizli vilayətinin Pamukkale mahalına bağlı Karahayıt məhəlləsində qadınları fahişəliyə cəlb edən 7 nəfər həbs edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən şəxslər 25 ünvanda eyni vaxtda həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Onların 28 xarici vətəndaşı fahişəliyə cəlb etdiyi bildirilir. Məlumata görə, xarici vətəndaşları fahişəliyə məcbur edən şəxslər ödənişi kredit kartları ilə alıb.

Həbs olunanların Azərbaycan, Gürcüstan, Rusiya vətəndaşlarını məcburi fahişəliyə cəlb etdikləri bildirilir. Axtarışlar zamanı 3 sənədsiz tapança, 8 ov tüfəngi, 60 fişəng, xarici ölkələrin vətəndaşı olan qadınlara aid borc sənədləri və pasportlar ələ keçirilib.

Xarici vətəndaşların Türkiyədən deportasiya ediləcəyi qeyd edilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR