İŞİD qadınları internetdə necə aldadır? – “Facebook” söhbətləri
Bizi izləyin

Dünya

İŞİD qadınları internetdə necə aldadır? – “Facebook” söhbətləri

Qərb ölkələrində “İslam Dövləti” (İŞİD) terror qruplaşmasına qatılan qadınların vəziyyətini araşdıran fransalı jurnalist özünü Fransada yaşayan bir müsəlman kimi təqdim edərək təşkilatın bir üzvü ilə unsiyyət qurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, fransalı jurnalist Anna Erelle Qərbdən Suriyaya gedən gənc qadınlarının axınını araşdırıb.

Qadın jurnalist saxta bir hesab açaraq İŞİD-in 38 yaşlı Bilal adında bir üzvü ilə “Facebook” vasitəsilə təmas qurub. Anna Erelle özünü 20 yaşlı Linda və islamı qəbul edən fransız kimi təqdim edib. Bilal isə ilk tanışlıqdan başlayaraq onu İŞİD-ə qoşmaq üçün hərəkətə keçib.

“Linda” Bilala inancsız bir ölkədə yaşaya bilməyəcəyini və Fransanı tərk etməyin vacib olduğunu deyib. Fransalı qadın özünə uyğun bir həyat yoldaş tapa bilməyəcəyəni bildirib. Bilal isə xəbərdarlıq edib ki, “Linda” Suriyaya gəlmə planını gizli saxlamalıdır.

Bilal fransalı qadının Suriyaya gedəcəyinə əmin olub. “Mənə davamlı olaraq Suriyada şahzadə həyatı yaşayacağımı, pulunun çox olduğunu, mənə ev və avtomobil alacağını deyirdi”, - Anna Erelle bildirib.

İŞİD-ə qoşulmaq üçün müəyyən mərhələlərdən keçmək lazım idi. İlk olaraq ərəb dili kursları və silahdan istifadə üzrə təlimlərdə iştirak etmək tələb olunur. Bilal fransalı qadına bu mərhələdə heç bir çətinliklə qarşılaşmayacağını, Suriyada islamı seçən bir çox qərbli yoldaşın olacağını deyib.

İŞİD-in üzvü bir müddət sonra qadın jurnalistdən Suriyaya gəlməsini istəyib. Amma Anna Erelle qorxaraq onun əlaqəni kəsib. Fransa polisi qadın jurnalistdən evini və şəxsiyyətini dəyişdirməsini istəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm