Prezident qızının mülkünü əlindən aldılar
Bizi izləyin

Dünya

Prezident qızının mülkünü əlindən aldılar

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ölkəsində böyük bir mülkdən məhrum edilib.

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ölkəsində böyük bir mülkdən məhrum edilib.

Virtualaz.org saytı özbək nəşrlərinə istinadən xəbər verir ki, Özbəkistan Təsərrüfat Məhkəməsinin qərarına görə G.Kərimovaya məxsus olan 7000 kvadratmetrlik daşınmaz əmlak onun əlindən alınıb.

Məlumatda deyilir ki, paytaxt Daşkəndin ən bahalı rayonunda yerləşən və G.Kərimovaya məxsus bu kompleks şəhər meriyasının sərəncamına verilib.

Bir çox analitiklər bu məhkəmə qərarını atasının siyasi varisi olmağa iddia edən G.Kərimovanın dramında son pərdələrdən biri kimi qiymətləndirir. Hərçənd ki, anası və kiçik bacısı ilə düşmən kimi olan, atası ilə də münaqişə yaşadığı deyilən G.Kərimovanın bu ilin əvvəlində atası İslam Kərimovla barışdığına dair xəbərlər də yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm