“Terror aktının iştirakçıları Rusiyada hazırlıq keçib” - İDDİA
Bizi izləyin

Dünya

“Terror aktının iştirakçıları Rusiyada hazırlıq keçib” - İDDİA

Ukraynanın Xarkov şəhərində 22 fevralda törədilmiş terror aktının bütün təşkilatçıları saxlanılıb.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

Onun sözlərinə görə, Xarkov şəhərində keçirilmiş xüsusi əməliyyat nəticəsində fevralın 24-də terror qruplaşmasının beş iştirakçısı saxlanılıb. Turçinov onların arasında terror aktının həm birbaşa iştirakçıları, həm də təşkilatçılarının olduğunu deyib.

Terror qruplaşmasının iki üzvü isə Mariupolda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Aleksandr Turçinovun sözlərinə görə, terrorçulardan bəziləri Rusiya Federasiyasının ərazisində hazırlıq keçib və öz hərəkətlərini birbaşa olaraq “Donetsk Xalq Respublikası” separatçı qurumu ilə əlaqələndirib.

Xatırladaq ki, Xarkovda terror aktı 22 fevral tarixində Meydan hadisələri və sabiq prezident Viktor Yanukoviçin qaçışının ildönümünə həsr edilmiş təntənəli yürüş zamanı törədilib. Partlayıcı qurğunun partladılması nəticəsində 4 nəfər həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm