İŞİD minillik heykəlləri məhv etdi – VİDEO
Bizi izləyin

Dünya

İŞİD minillik heykəlləri məhv etdi – VİDEO

İŞİD terror təşkilatı İraqın şimalında tarixi və mədəni mirası yox etməkdə davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İraqın Mosul şəhərində çəkilən görüntülərdə İŞİD üzvlərinin minlərlə yaşı olan heykəlləri yıxdığı görünür.

Terrorçular yıxılandan sonra hissələrə bölünməyən heykəlləri isə çəkiclərlə parça-parça edirlər. Heykəllərin Mosulun Ninever muzeyində olduğu təxmin edilir. Məhv edilən heykəllərin eramızdan əvvəl 7-ci əsrə aid olduğu bildirilir.

Təxmini məlumatlara görə, İŞİD ələ keçirdiyi bölgələrdə indiyə kimi 10 mindən çox tarixi əsəri məhv edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm