• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Səhv, yoxsa...? – “Cihadcı Con” süjetində Putinin fotosu

  • Dünya
  • 27 Fevral 2015 05:40
  • 428 Baxış
Səhv, yoxsa...? – “Cihadcı Con” süjetində Putinin fotosu

Xəbər verildiyi kimi, “Cihadçı Con” ləqəbi ilə tanınan İŞİD-çi terrorçunun London sakini olduğu məlum olub. Britaniya xüsusi xidmət orqanlarının araşdırmasına görə, “Cihadçı Con”un əsl adı Küveyt əsilli Məhəmməd Əmbazidir.

Publika.az xəbər verir ki, ABŞ-ın CNN telekanalı “Cihadçı Con” haqqında xəbər verərkən Moskva tərəfindən kəskin reaksiya doğuracaq bir “səhv”ə yol verib.

Belə ki, İŞİD terrorçusu ilə bağlı süjetdə Rusiya prezidenti Vladimir Putinin şəklindən istifadə ediblər. Edamlarla bağlı videoçarxlardan birindən götürülmüş “Cihadçı Con”un fotosundan dərhal sonra Rusiya prezidentinin təsviri ortaya çıxır.

“Cihadçı Con” ilk dəfə ABŞ-dan olan jurnalist Ceyms Foulinin edamı zamanı diqqət mərkəzinə düşüb. O, sonradan üç britaniyalı və iki yaponun edam videosunda da iştirak edib.2014-cü ildə isə xüsusi xidmət orqanları “Cihadçı Con” ləqəbli terrorçunun 23 yaşlı Abdel-Məcid Abdel Bari olduğunu zənn ediblər.

BBC-nin məlumatına görə, Britaniya xüsusi xidmət orqanları “Cihadçı Con” təxəllüsünün arxasında kimin gizləndiyini daha əvvəllər də bilib. Amma operativ səbəblərdən bu barədə informasiyanın açıqlanmadığı deyilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR