Bin Ladenin London üzrə köməkçisi məhkum edildi
Bizi izləyin

Dünya

Bin Ladenin London üzrə köməkçisi məhkum edildi

Üsamə Bin Ladenin keçmiş köməkçisi 1998-ci ildə şərqi Afrikada əl-Qaidə tərəfindən ABŞ səfirliklərinin partladılmasında təqsirli bilinib.

Publika.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı vətəndaşı Xalid əl-Fəvvaz Nyu York məhkəməsində davam edən üç günlük dinləmələrin ardınca məhkum edilib. 2012-ci ildə ABŞ-a Britaniyadan ekstradisiya edilmiş Xalidi indi ömürlük həbs cəzası gözləyir.

52 yaşlı terrorçu Üsamə Bin Ladenin Londondakı sözçüsü kimi tanınırdı. 1998-ci ildə ABŞ-ın Keniyanın Nayrobi və Tanzaniyanın Dar əs-Səlam şəhərlərindəki səfirliklərinə bomba basqınları zamanı həlak olanların arasında onlarca Amerika vətəndaşı da həyatını itirib. Fəvvaz elə həmin il Londonda həbs edilmiş, lakin onun ABŞ-a ekstradisiyası 14 il davam etmişdi.

Manhattanda keçirilən məhkəmədə müttəhimin heç bir ifadəsi oxunmayıb. O hökmü sakit qarşılayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm