Jirinovski deputatları xain adlandırdı
Bizi izləyin

Dünya

Jirinovski deputatları xain adlandırdı

Rusiya Dövlət Dumasının bir qrup deputatı Moskvaya qarşı Qərbin sanksiyalarına cavab olaraq Avropadan ərzaq idxalına qoyulmuş qadağanının ləğv olunmasını təklif edib.

Bu barədə qanun layihəsini Dumaya “Spravedlivaya Rossiya” fraksiyasının deputatları və bir müstəqil millət vəkili təqdim ediblər. Qanun layihəsini təklif edənlər deyirlər ki, ölkəyə ərzaq gətirilməsinə qoyulmuş qadağan konstitusiyaya ziddir.

Millətçi liberal-demokratların lideri Vladimir Jirinovski layihə müəlliflərini “satqın” adlandırıb. “Spravedlivaya Rossiya” partiyasından olan üç deputata fraksiya intizamını pozduqlarına görə töhmət elan edilib.

Deputatlar Dmitri Gudkov, Vakeri Zubov, Sergey Doronin və Mixail Serdyuk qanun layihəsini müzakirə üçün fraksiya şurasına göstərmədən təqdim ediblər. Lakin bu deputatlar iddia edirlər ki, əhali üçün xaricdən keyfiyyətli və təhlükəsiz ərzaqın gətirilməsinə qadağan qoyulması ölkənin ana qanunu ilə ziddiyyət təşkil edir. Deputatlar qeyd edirlər ki, Moskvanın qoyduğu qadağandan sonra Belarusdan dolayısı ilə Avropa mallarının idxalı xeyli artıb. Millət vəkilləri həmçinin bu qənaətdədirlər ki, idxalına qadağan qoyulmuş məhsulların yerli istehsalının təşkili illərlə vaxt tələb edə bilər.

Rusiya Dövlət Statistika Komitəsinin məlumatına görə embarqo ilə əlaqədar olaraq ölkədə şəkərin qiyməti 40 faiz, ət və toyuq ətinin qiyməti isə 20 faiz artıb. Samarada xiyarın qiyməti 541 faiz yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm