Hollandiyada bayquşlar insanlara hücum etdi
Bizi izləyin

Dünya

Hollandiyada bayquşlar insanlara hücum etdi

Hollandiyanın şimalında yerləşən Purmerend şəhər sakinləri son zamanalar bayquşların hücumuna məruz qalır.

Publika.az-ın məlumatına görə, belə halların sayı son dövrdə xeyli artdığından, sakinlərə gecə vaxtı evdən bayıra çıxarkən çətir götürmək məsləhət görülüb. Məlumata görə, onlarla yerli sakin bayquş hücumu nəticəsində baş nahiyəsindən caynaq yarası alıb.

İnsanlara hücum edən bayquşlar Avropa qartal bayquşu növünə aid edilir. Onların adi qidası quşlar və xırda ölçülü məməlilərdir.

Quşun hücum etdiyi hədəflərdən biri əlillərin qaldığı evin yerləşdiyi ərazidir.

Evin sözçüsü Liselotte de Bruijn AFP agentliyinə bildirib ki, bayquşun 15 dəfə insanlara hücum etməsi qeydə alınıb. Evin sakinləri və əməkdaşlarına qorunmaq üçün çətir və dəbilqələrdən istifadə etmək məsləhət görülüb.

Rabobank bankı Əlillər Evinə çətirlər hədiyyə edib.

Purmerend şəhər rəsmiləri bayquşun öhdəsindən gəlməlk üçün ovçuya mürəciət ediləcəyini bildiriblər. Hollandiya Bayquşlar Fondunun ekspertləri quşun özünü qeyri adi aparmasını ya insandan yem istəməsi və ya cütləşmə mövsümünün başlaması ilə əlaqələndirirlər.

Avopa qartal bayquşu bu növ quşların ən irisi sayılır - bu bayquşun qanadlarının açılmış vəziyyətdə eninə uzunluğu 1.8 metr, çəkisi isə 3 kg təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm