Pakistanda zəlzələ olub
Bizi izləyin

Dünya

Pakistanda zəlzələ olub

Pakistanın Battaqram əyalətində 5,8 bal gücündə zəlzələ olub

Publika.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla gecə 22 radələrində baş verib. Pakistan Milli Seysmoloji Stansiyasının yaydığı açıqlamada zəlzələnin episentrinin paytaxt İslamabaddan 100 kilometr məsafədə yerləşən Battaqramda meydana gəldiyi bildirilir.

Güclü yeraltı təkanlar ölkənin Xaybar Pahtunhva və Pəncab əyalətlərində də hiss edilib.
Zəlzələ Yerin 24 kilometr dərinliyində qeydə alınıb.

Yerli əhali arasında təşvişə səbəb olan zəlzələ zamanı dağıntı və fəlakətin olmadığı vurğulanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm