Dünya
Vaşinqtonda marixuanadan istifadə qanuniləşdirilib
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində marixuanadan istifadə qanuniləşdirilib.
Publika.az-ın məlumatına görə, ötən noyabr ayında keçirilən referenduma əsasən çıxarılan yeni qanun cümə axşamı günü gecə yarısı qüvvəyə minib.
Qanun 21 yaşından yuxarı şəxslərə marihuana çəkmək, saxlamaq və az miqdarda yetişdirilmək hüququ bəxş edir. Lakin marihuananın ictimai yerlərdə çəkilməsi, alışı və satışı hələ də yasaqdır.
Vaşinqton bu qərarı verməklə Alyaska, Kolorado və Vaşinqton ştatına qoşulmuş olur. Lakin paytaxt hökumətinin nəzarəti bu 3 ştatdan fərqli olaraq Konqresin əlindədir.
Respublikaçı konqresmen Ceyson Şaffets Vaşinqton meri Murel Bouzerə qanunun qüvvəyə mindiyi təqdirdə onun həbs ediləcəyi barədə xəbərdarlıq vermişdi. Lakin mer buna əhəmiyyət vermədən qanunun planlaşdırıldığı şəkildə həyata tətbiq ediləcəyini deyib.
ABŞ-ın Nümayəndələr Palatasında paytaxtın məsrəflərinə dair qanun təsdiq edilsə də, orada marihuana qanunun xərcləri nəzərdə tutulmur.
Hüquq məsələləri üzrə ekspertlər merin həbs ediləcəyini düşünmədiklərini,lakin Konqresin şəhərə qarşı cəzalandırıcı ölçülər götürməsinin mümkün olduğunu deyir.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik