Kremli narahat edən “dördlər ittifaqı”: İŞİD Moskva üçün niyə təhlükədir?
Bizi izləyin

Dünya

Kremli narahat edən “dördlər ittifaqı”: İŞİD Moskva üçün niyə təhlükədir?

“Bu müraciət sənədir, Vladimir Putin”. İŞİD terror təşkilatının ötən ilin sentyabrında Rusiyaya etdiyi müraciəti belə başlanırdı. Həmin vaxt terror təşkilatı Rusiyanı cəzalandıracağınıı bildirirdi: “Çünki bu, sənin Bəşər Əsədə göndərdiyin təyyarələrindir. Biz Allahın iradəsi ilə onları sənə göndərəcəyik, bunu xatırla!”

Publika.az xəbər verir ki, həmin vaxtdan terror təşkilatı Rusiyanın ünvanına daha ciddi təhlükələr səsləndirir.

İŞİD-in yanvar ayında dərc etdiyi videoda Rusiyanın xüsusi xidmət orqanlarının agenti adlandırılan iki nəfər edam edilmişdi. Onlar Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentləri olublar və İŞİD-in yüksək vəzifəli rəhbərinin kompüterini sındırmaq və onları məhv etmək üçün Suriyaya göndəriliblər. Video qandondurucu bir mənzərə ilə qurtarır, hərbi formada olan uşaq tapançanı götürür və hər ikisini başından güllələyir.

“Vladimir Putin öz maraqlarını qorumaq üçün Suriyada sonuna kimi getməyə hazırdır. Rusiya Qafqazdan Orta Asiyanın şərq sərhədlərinə kimi islamın yüksəlməsindən ehtiyat edir”, - Fransa Beynəlxalq Münasibətlər İnstitutunun Rusiya üzrə mütəxəssisi Toma Qomar deyir.

Bundan başqa, Suriya Rusiya üçün xüsusi çəkisi olan iqtisadi partnyordur. “Suriya xammal və silahdan başqa, demək olar ki, heç nə ixrac etməyən Moskva üçün çox gözəl müştəridir. 2005-ci ildən sonra ikitərəfli ticarət dövriyyəsinin həcmi kəskin artıb və 2008-ci ildə 2 milyard dollarla pik həddə çatıb”, - “Fransa” radiosunun Rusiya üzrə eksperti qeyd edib.

Nəhayət, Suriyanın dəstəyi Rusiyaya regionda strateji vəziyyəti saxlamağa imkan verir. Rusiyanın Suriyanın qərbindəki Tartus limanında 1971-ci ildən hərbi dəniz bazası var. Vladimir Putin hərbi bazanı köməkçi bazaya çevirməyi planlaşdırır. Burada freqatlar və kreyserlər kimi ağır gəmilərin yerləşdirilməsi nəzərdə tutulub.

Bundan başqa, İŞİD “Çeçenistan Respublikası və bütün Qafqazı azad etmək” niyyətindədir. Fransanın “Le Monde” nəşri yazır ki, 2006-cı ildən Çeçenistanda mübarizə başqa mərhələyə keçib. Qəzet çeçenlərin ruslarla qarşıdurmada həmin vaxtdan müstəqillik haqqında düşünmədiyini, “bütün Şimali Qafqazda islam qaydalarına söykənən islam dövləti”nin yaradılmasını planlaşdırdığını yazıb.

“Diploweb” saytı hesab edir ki, Putini İŞİD təhlükəsindən başqa narahat edən başqa bir məqam var: “Bu, hazırda Qafqazda yeni ittifaqların yaranmasıdır. Qafqazda münaqişələr yeni regional ittifaqların formalaşmasına gətirib çıxarıb. Bir tərəfdə Rusiya, Ermənistan və İran, digər tərəfdə ABŞ, Gürcüstan, Azərbaycan və Türkiyə ittifaqıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm