Dünya
Ərdoğan Ukraynaya gedəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 20-də Ukraynaya səfərə gedəcək.
Publika.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Abu-Dabidə keçirilən “IDEX-2015” beynəlxalq müdafiə sənayesi sərgisində iştirakı zamanı jurnalistlərə bildirib.
Pyotr Poroşenko hazırda sözügedən səfərə hazırlıq işlərinin görüldüyünü söyləyib: “Prezident Ərdoğanın martın 20-də nəzərdə tutulan səfərinə hazırlaşırıq. Bilirsiniz ki, mən ötən ilin avqustunda Ərdoğanı prezident seçilməsi münasibətilə telefonla təbrik etmişdim və onu Ukraynaya səfərə dəvət etmişdim. Cənab Ərdoğanın andiçmə mərasiminə qatılmağı düşünürdüm, ancaq Donetskdə baş verən məlum hadisələr səbəbindən bu səfər baş tutmayıb”.
Ukrayna prezidenti Dubayda təşkil olunan sərgi çərçivəsində Türkiyə hökuməti üzvləri ilə də görüşdüyünü diqqətə çatdırıb.
Qeyd edək ki, bu səfər zaman keçiriləcək görüşlərdə Türkiyə prezidenti R.T.Ərdoğanın Rusiya ilə Ukrayna arasında gərgin olan münasibətlərinin yaxşılaşdırılması istiqamətində vasitəçilik etməsi ilə bağlı məsələnin də müzakirə olunması gözlənilir.
Vasif Həsənli
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”