Putin prezident administrasiyasında maaşları azaltdı
Bizi izləyin

Dünya

Putin prezident administrasiyasında maaşları azaltdı

Rusiya prezidenti Vladimir Putin prezident administrasiyasının əməkdaşlarının maaşlarını 10 faiz azaldıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədən sonra belə bir qərar qəbul edib.

Qeyd edək ki, fevralın 24-də Dövlət Dumasının sədri Sergey Narışkin deputatların maaşlarının ixtisar məsələsini müzakirə etməyi xahiş edib. Təşəbbüs 2015-ci ildə federal büdcəyə ediləcək düzəlişlərlə əlaqədar irəli sürülüb. İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, bu il dövlət büdcəsinin gəlirləri neftin qiymətlərinin kəskin düşməsi ilə əlaqədar 2,34 trilyon rubl azalacaq.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da senatorların maaşlarının 10 faiz azaldılması barədə təklifi dəstəkləyib. Onun sözlərinə görə, Federasiya Şurası və Dövlət Duması senator və deputatlardan dəstək alacağı halda müvafiq fərmanın verilməsi təklifi ilə prezidentə müraciət edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm