İŞİD-in məşhur cəlladının məktəbli FOTOSU
Bizi izləyin

Dünya

İŞİD-in məşhur cəlladının məktəbli FOTOSU

İŞİD terror təşkilatının “Cihadçı Con” adlı cəlladının məktəbdə oxuduğu vaxt çəkdirdiyi fotosu yayılıb.

Publika.az xəbər verir ki, “Cihadçı Con”un fotosunu Britaniyanın “The Daily Mail” qəzeti dərc edib.

İŞİD cəlladı Qərbi Londonda Müqəddəs Mariya Maqdalina ibtidai məktəbində təhsil alıb.

Qeyd edək ki, “Cihadçı Con” ləqəbi ilə tanınan İŞİD terrorçusunun London sakini olduğu iki gün əvvəl mətbuata açıqlanıb. Britaniya xüsusi xidmət orqanlarının araşdırmasına görə, “Cihadçı Con”un əsl adı Məhəmməd Embazidir və Küveyt əsillidir.

“Cihadçı Con” valideynləri ilə Böyük Britaniyaya altı il əvvəl köçüb. O, yaxşı futbol oynayır və “Mançester Yunayted” klubunun azarkeşi olub. Qonşuların sözlərinə görə, Məhəmməd çox nəzakətli və çalışqan oğlan imiş. O, öz sinfində tək müsəlman şagird olub. Onun keçmiş sinif yoldaşları indiyə qədər qəbul edə bilmirlər ki, Məhəmməd dünyada ən məşhur terrorçudur.

“Cihadçı Con” ilk dəfə ABŞ-dan olan jurnalist Ceyms Foulinin edamı zamanı diqqət mərkəzinə düşüb. O, sonradan üç britaniyalı və iki yaponun edam videosunda da iştirak edib.2014-cü ildə isə xüsusi xidmət orqanları “Cihadçı Con” ləqəbli terrorçunun 23 yaşlı Abdel-Məcid Abdel Bari olduğunu zənn ediblər.

BBC-nin məlumatına görə, Britaniya xüsusi xidmət orqanları “Cihadçı Con” təxəllüsünün arxasında kimin gizləndiyini daha əvvəllər də bilib. Amma operativ səbəblərdən bu barədə informasiyanın açıqlanmadığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm