• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ABŞ fəaliyyətə keçdi: Ukraynaya bir milyard dollarlıq silah

  • Dünya
  • 27 Fevral 2015 16:25
  • 598 Baxış
ABŞ fəaliyyətə keçdi: Ukraynaya bir milyard dollarlıq silah

Respublikaçı Mek Tornberri və demokrat Adam Smit ABŞ Konqresinin Nümayəndələr Palatasına Ukraynaya silah yardımını nəzərdə tutan qanun layihəsini təqdim edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, nəzərdə tutulan silah yardımının həcmi bir milyard dollardır.

Qanun layihəsinin müəlliflərindən başqa Nümayəndələr Palatasının 28 üzvü onun altına imzasını qoyub. Qanun layihəsinə görə, ABŞ Müdafiə Nazirliyi 30 sentyabr 2017-ci ilə kimi Ukraynaya təlim texnikası və müdafiə təyinatlı silahları vermək hüququna malik olacaq.

Müəlliflər qeyd edirlər ki, sadalanan yardımın bütün növləri “suveren ərazisinin xarici təcavüzdən müdafiəsi” üçün Ukraynaya verilməlidir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR