Rusiyanın “dəli” əsgəri 52 hərbçiyə bəla oldu
Bizi izləyin

Dünya

Rusiyanın “dəli” əsgəri 52 hərbçiyə bəla oldu

Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakovun hərbi xidmətə çağırılmasına görə 52 nəfər məsuliyyətə cəlb oluna bilər.

Publika.az “zabmedia.ru” saytına istinadən xəbər verir ki, bu barədə 29-cu ümumqoşun mənəvi-psixoloji təminatı bölməsinin müdiri Dmitri Kiselyov bildirib.

Məsuliyyətə cəlb olunacaq şəxslər Valeri Permyakovun səhvən xidmətə yararlı olduqları ilə bağlı rəy verməkdə ittiham edilirlər. Cinayət məsuliyyətinə Çitadakı hərbi hospitalın həkimləri də cəlb edilib.

Qeyd edək ki, bu ilin yanvarın 12-də Ermənistanın Gümrü şəhərində bir erməni ailəsini məhv edən Rusiya hərbçisinin hərbi xidmətə çağırılmazdan əvvəl ruhi-əsəb dispanserində müalicə aldığı bildirilir. Məlumata görə, Rusiya hərbçisi ilə bağlı aparılan istintaq çərçivəsində onun hərbi xidmətə çağırıldığı Baley şəhərinin hərbi komissarlığının şöbə müdiri Aleksandr Loqinovski və 21250 saylı hərbi hissəsinin komandiri Yevgeni Soskova qarşı cinayət işi qaldırılıb. Aleksandr Loqinovski isə iddia edir ki, Permyakov bütün kateqoriyaları üzrə hərbi xidmətə yararlı olub.

Digər məlumata görə, Valeri Permyakovun psixi problemləri haqqında Çitada yerləşən 21250 saylı hərbi hissədə xəbərdar olublar. O hətta hərbi hissədə psixi müalicə alıb. Məsələ ondadır ki, hərbi hissənin komandiri polkovnik Yevgeni Soskov Permyakovun psixi problemlərinin olduğu və xidmət zamanı müalicə aldığı barədə Rusiyanın Gümrüdəki hərbi bazasının rəhbərliyinə məlumat verməyib.

Qeyd edək ki, Valeri Permyakov hazırda Gümrüdəki hərbi bazadadır və Ermənistan əhalisinin sərt etirazlarına baxmayaraq, orada mühakimə edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm