ŞOK: Tibb bacısı məşhur olmaq üçün 30 nəfəri öldürdü
Bizi izləyin

Dünya

ŞOK: Tibb bacısı məşhur olmaq üçün 30 nəfəri öldürdü

Almaniyada bir tibb bacısı xəstəxanada işləyənlər arasında daha məşhur olmaq üçün ölümcül dozalarda dərman verdiyi 30 xəstənin ölümünə səbəb olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Oldenburg şəhərində yaşayan 38 yaşındakı Nels H. adlı tibb bacısı 2 xəstənin ölümü ilə bağlı mühakimə olunduğu məhkəmədə 30-dan çox xəstənin ölümünə səbəb olduğunu etiraf edib.

Tibb bacısı xəstələrini 2003-2005-ci illərdə öldürüb. Məsələ bundadır ki, tibb bacısı xəstəxanada çalışanlar arasında daha əhəmiyyətli biri olduğunu sübut etmək üçün xəstələri qısa müddətdə yaxşılaşdırmaq istəyib və onlara yüksək dozalı dərman verib. Həmin dərmandan istifadə edən 90 xəstədən 60-ı həyatda qalmağı bacarsa da, 30-u dünyasını dəyişib.

İntintaq prosesində tibb bacısının işlədiyi digər klinikalarda qeydə alınan 200 ölümün də araşdırılacağı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm