• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kameron “Cihadçı Con”la bağlı söz verdi

  • Dünya
  • 28 Fevral 2015 00:50
  • 636 Baxış
Kameron “Cihadçı Con”la bağlı söz verdi

“Britaniya “Cihadçı Con”un tutulması üçün bütün mümkün vasitələrdən istifadə edəcək”.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kameron bildirib.

“Britaniya vətəndaşlarına qarşı dəhşətli və iyrənc cinayətlər törədərək dünyanın hansısa guşəsində gizlənmək mümkün deyil. Polis və xüsusi xidmət orqanlarının köməyi ilə onu tapmaq və neytrallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik”, - Britaniya baş naziri deyib.

Qeyd edək ki, “Cihadçı Con” ləqəbi ilə tanınan İŞİD-çi terrorçunun London sakini olduğu iki gün əvvəl mətbuat açıqlanıb. Britaniya xüsusi xidmət orqanlarının araşdırmasına görə, “Cihadçı Con”un əsl adı Küveyt əsilli Məhəmməd Embazidir.

“Cihadçı Con” ilk dəfə ABŞ-dan olan jurnalist Ceyms Foulinin edamı zamanı diqqət mərkəzinə düşüb. O, sonradan üç britaniyalı və iki yaponun edam videosunda da iştirak edib.2014-cü ildə isə xüsusi xidmət orqanları “Cihadçı Con” ləqəbli terrorçunun 23 yaşlı Abdel-Məcid Abdel Bari olduğunu zənn ediblər.

BBC-nin məlumatına görə, Britaniya xüsusi xidmət orqanları “Cihadçı Con” təxəllüsünün arxasında kimin gizləndiyini daha əvvəllər də bilib. Amma operativ səbəblərdən bu barədə informasiyanın açıqlanmadığı deyilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR