Dünya
Boris Nemtsov öldürüldü - CANLI YAYIM, FOTOLAR (YENİLƏNİB - II)
Hazırda Newcaster TV Boris Nemtsovun qətlə yetirildiyi ərazidən canlı yayım verir. Publika.az canlı yayımı təqdim edir.
Yerli mətbuatın yazdığına görə, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev hadisə yerində olub. Cinayət işinin istintaqı prezident Vladimir Putinin nəzarətə götürdüyü bildirilir. Vladimir Putin müxalifət liderinin qətlini sifariş və təxribat adlandırıb. O, qətlin araşdırılması üçün Daxili İşlər Nazriliyi və Federal Təhlükəsizlik Xidməti əməkdaşlarınıdan ibarət İstintaq Komitəsinin yaradılması haqqında tapşırıq verib.
Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin xüsusi nümayəndəsi Yuliya İvanova jurnalistlərə açıqlamasında qətlin fevralın 27-də saat 23:40 radələrində paytaxtın mərkəzində Moskvoretsk körpüsünün yaxınlığında törədildiyini bildirib. Onun sözlərinə görə, naməlum şəxslər ağ rəngli avtomobildən Boris Nemtsova bir neçə dəfə atəş açıblar. Hazırda qatilin və ya qatillərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 222-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
İstintaq Komitəsinin xüsusi nümayəndəsi qətlin sifariş olduğunu deyib.
01:54
Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov öldürülüb.
Publika.az-ın məlumatına görə, Nemtsov axşam saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Hüquq mühafizə orqanlarındakı mənbə məlumatı təsdiq edib.
İlkin məlumatda bildirilir ki, naməlum cinayətkar müxalifət liderinə 4 dəfə atəş açıb. Siyasətçi aldığı yaralardan yerindəcə keçinib.
Qeyd edək ki, Nemtsov son zamanar Vladimir Putini, onun Krımın ilhaq etmək siyasətini və Rusiyanın Ukraynada apardığı müharibəni kəskin tənqid edirdi.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü