Kopenhagendəki atışmaya görə daha bir şübhəli həbs olunub
Bizi izləyin

Dünya

Kopenhagendəki atışmaya görə daha bir şübhəli həbs olunub

Bu ayın əvvəllərində Kopenhagendə iki nəfəri güllələmiş yaraqlıya kömək etməkdə şübhəli bilinən üçüncü şəxs həbs olunub.

Publika.az-ın məlumatına görə, Danimarka polisi həmin şəxsin bu gün məhkəmə qarşısına çıxarılacağını deyib.

Saxlanılan şəxs barədə əlavə məlumat verilməyib.

Omar Əl-Hüseyinə yardım göstərməkdə şübhəli bilinən daha iki şəxsə qarşı ittiham hücumlardan dərhal sonra elan edilmişdi. Əl-Hüseyinin özü azad ifadə debatlarına və bir sinaqoqa hücum etdiyi zaman polis tərəfindən öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm