• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ərəblər rəsmi Kiyevin bəyanatını təkzib etdi

  • Dünya
  • 28 Fevral 2015 08:05
  • 364 Baxış
Ərəblər rəsmi Kiyevin bəyanatını təkzib etdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ukraynaya silah çatdırılacağı barədə yayılan informasiyanı təkzib edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, BƏƏ-nin xarici işləri naziri Faris Əl-Mazrui Ukrayna ilə imzalanan sənədin yalnız ölkələr arasında əməkdaşlığın gələcək sisteminin bir hissəsi olduğunu bildirib.

“Birləşmiş Ərəb Əmirlikləri ilə Ukrayna arasında yaxın günlərdə imzalanan hərbi-texniki əməkdaşlıq haqqında razılaşma bizim Ukrayna tərəfinə hər hansı silahları çatdırmağı nəzərdə tutmur”, - o, qeyd edib.

Xatırladaq ki, barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi, xalq deputatı Anton Qeraşenko fevralın 24-də “Facebook” səhifəsində prezident Pyotr Poroşenkonun BƏƏ ilə silah alınması barədə razılaşdığını yazıb. Onun sözlərinə görə, razılıq Pyotr Poroşenkonun BƏƏ-də keçirilən “IDEX-2015” beynəlxalq silah sərgisində iştirakı çərçivəsində əldə olunub. Qeraşenko qeyd edib ki, təchizat həcmləri və idxalı planlaşdırılan silah növləri açıqlanmır.

“Ərəblər avropalılar və amerikalılardan fərqli olaraq, Ukraynaya silahlar çatdırılacağı halda üçüncü dünya müharibəsinin başlanacağı barədə Putinin təhdidlərindən qorxmurlar”, - daxili işlər nazirinin məsləhətçisi yazıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR