Rusiya bankları dollarla əməliyyatlardan uzaqlaşdırılır
Bizi izləyin

Dünya

Rusiya bankları dollarla əməliyyatlardan uzaqlaşdırılır

ABŞ Rusiya banklarını dünya maliyyə sistemindən tamamilə kənarlaşdıra bilər.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentlyinə ABŞ prezident administrasiyasındakı mənbə bildirib.

Agentliyin yazdığına görə, bu istiqamətdə müzakirələr aparılır. Xəbərdə həmçinin bildirilir ki, əvvəlcə aralıq addımlar atıla bilər. Aralıq addımlardan biri isə ondan ibarətdir ki, Rusiya bankları dollarla bank əməliyyatlarının aparılmasından məhrum edilə bilər.

Rusiyaya qarşı sanksiyaların müzakirəsində iştirak edən iki məmur bildirib ki, Rusiya banklarının beynəlxalq maliyyə əməliyyatları sistemindən kənarlaşdırılması ikitərəfli münasibətlərin əhəmiyyətli kəskinləşməsinə gətirib çıxaracaq. Amerikalı məmurlar bu addımın Avropa iqtisadiyyatı üçün də ağır nəticələr yaradacağını qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm