Türkiyə ordusunu Suriya sərhədinə yeritdi
Bizi izləyin

Dünya

Türkiyə ordusunu Suriya sərhədinə yeritdi

Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə böyük xəndəklər qazmağa başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şırnak sərhədinə uzunmənzilli toplar və tanklar gətirilib.

Türkiyə mediasının yazdığına görə, hədəfin İŞİD terror təşkilatı ola biləcəyi bildirilir.

Xatırladaq ki, Türkiyə baş nazirinin köməkçisi Bülənt Arınc dünən verdiyi açıqlamasında mart ayında İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatın planlaşdırıldığını deyib. Bu gün isə Türkiyə Xarici işlər Nazirliyinin sözçüsü Tanju Bilgiç ABŞ ilə əldə olunan razılıq çərçivəsində mart ayının 1-dən Suriya müxalifətinə hərbi təlim keçəcəklərini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm