Bu ölkədə zina daha cinayət sayılmayacaq
Bizi izləyin

Dünya

Bu ölkədə zina daha cinayət sayılmayacaq

Cənubi Koreyada zina artıq cinayət hesab olunmayacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya məhkəməsi zinanın cinayət hesab olunmayacağı barədə qərar verib.

Zina edən şəxslərə verilən iki ilə qədər həbs cəzasını nəzərdə tutan qanun ləğv edilib. Məhkəmə qanunun “şəxsi həyata müdaxilə” olduğu qənaətinə gəlib.

Son altı ildə zinaya görə, təxminən 5500 nəfər iki ilə qədər həbs cəzası alıb. 1985-ci ildən indiyə kimi eyni cinayət əməlinə görə cəzalandırılanların sayı isə təxminən 50 min nəfərdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm