“Düşünmək vaxt itkisi olardı, çünki...” - Nemtsovun qətlinə reaksiyalar
Bizi izləyin

Dünya

“Düşünmək vaxt itkisi olardı, çünki...” - Nemtsovun qətlinə reaksiyalar

“Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsovun qətli göstərir ki, ölkədə yeni Stalin terroru başlayıb və rus millətçiliyi Kremlin nəzarəti altından tamamilə çıxıb”.

Publika.az “Amerikanın səsi” radiosuna istinadən xəbər verir ki, bu barədə rus müxalifətçisi Boris Nemtsovun qətlini şərh edən Qərb müşahidəçiləri və liderləri bildirirlər.

“Boris Nemtsovun qətli göstərir ki, Rusiya xalqı terrorun burulğanına doğru yuvarladılır”, - Litva prezidenti Dalya Qribauskayte deyib.

“1934-cü ildə Kirovun qətli SSRİ-də “Böyük terror”un başlandığını göstərdi”,- bloger Anders Ostlund xatırladır.

“Təxmin etməyə cəhd edəcəyəm. Nemtsovun qətli dissidentlərə daha böyük hücum üçün bəhanə olacaq. Onları qətldə ittiham edəcəklər",- siyasi müşahidəçi Maks But yazıb.

“Nemtsov Putini illərlə tənqid edirdi, korrupsiyanı ifşa edirdi və Putinə qarşı etirazları toplayırdı. Amma inanmaq çətindir ki, bu qətlin arxasında Kreml dayanıb. Bu qətli bir dəli “vətənpərvər” də törədə bilər”, - “The Nation” nəşrinin jurnalisti və siyasi müşahidəçi Alek Lun qeyd edib.

“Putin artıq “provokasiya" məqsədi ilə, müxalifəti liderinin qətlində ittiham edir”, - politoloq, yazıçı Enn Eplbaum hesab edir.

“Qətlin hansı anlama gəldiyini düşünmək vaxt itkisi olardı, çünki xətt aşkardır. Əgər sən Putinə qarşısansa, sənin həyatın heç bir şey deyil”, - Rusiya müxalifətçisi Harri Kasparov bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm