İstintaq Nemtsovun son hərəkət marşrutunu müəyyən etdi
Bizi izləyin

Dünya

İstintaq Nemtsovun son hərəkət marşrutunu müəyyən etdi

Rusiya müxalifətçisi Boris Nemtsovun qətlini araşdıran müstəntiqlər onun son hərəkət marşrutunu müəyyən ediblər.

Publika.az RİA xəbər agentliyinə istinadən xəbər verir ki, müxalifətçi qətlinə az qalmış Ukrayna vətəndaşı, 23 yaşlı model Anna Duritskaya ilə şam edib.

“Nemtsovun marşrutu müəyyən edilib. O, yoldaşı ilə mərkəzi univermaqdakı restoranda şam edib və bundan sonra gəzməyə çıxıblar. Ehtimal ki, onu mərkəzi univermaqda izləyiblər və cinayət yoldaşlarından biri qatillərə Nemtsovun hansı istiqamətdə hərəkət etdiyi barədə xəbər verib” - mənbə qeyd edib.

Hüquq-mühafizə orqanlarında hesab edirlər ki, bu qətl peşəkar səviyyədə planlaşdırılıb. Hazırda onun son hərəkət marşrutunu göstərən görüntülər götürülüb və ekspertlər tərəfindən izlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm